"UniBank"ın GİZLİ OYUNLARI... - "Sizə görə problem yaşamalıyam mən?"
"Şikayətim Unibankdandır. VÖEN-ə bağlı "business kart"ım vergi borcuna görə blok olunub. Yanvar-Mart ayları ərzində işlədiyim məbləğin 5%-ini gecikdirdiyimə görə. O da gecikməmişdi, hesabatımı vermişəm, adətən belə şey olmur, yəqin "Vergilər"ə təcili pul lazımdı..., mesaj göndərmişdilər e-taxes.gov.az'da mesaj qutuma ki, "5 gün ərzində ödəməlisiniz falan filan". Nə isə mesajdan xəbərim olmayıb, müəyyən işlərə başım qarışıq olduğundan. VÖEN-ə bağlı kartım bağlanıb". Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rafiq Paşayev adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: "Bundan sonra girdim baxdım ki, mesaj gəlibmiş. Bura kimi "ok". Səhvim olub tutaq ki gecikdirmişəm...
Deməli, bank mənə xəbər vermədən kartımdan çıxardıb həmin pulu ödəyib vergilərə, halbuki XƏBƏR VERMƏLİDİRLƏR kartımdan pul çıxarılırsa, tutaq ki verməli deyillər bunu da başa düşdük. Pulu çıxmısınız kartımdan NİYƏ GÖRƏ KARTIM HƏLƏ BAĞLIDI?! Sizə görə mən pulsuz qalmalıyam? Çıxmısınız bu pulu açın da bu kartı da. Hələ bu azmış kimi hələ də xəbər vermədiylərinə görə mən başqasından pul alıb bir daha ödəmişəm vergi borcumu. Və vergilər balansım qat-qat plusdadı. İşləmiyən vaxtımda 2 qat ziyana getdim. Bəlkə mən vöenlə işləmiyəcəyəm bundan sonra, batıb gedəcək pulum? Hamı da bilir ki, vergilərə ödənən o pulu çıxartmaq olmur(ancaq pandemiyada filan istisna hal kimi geri ala bilənlər oldu), üstəlik ödədiyimiz 5% verginin bizə heç bir xeyri də yoxdu. Hesaba lap 1azn də köçsə, həmin ay DSMF(75azn) , Tibbi sığorta(12azn) ödəyirik. Bunları bilirik ki, biri Təqaüdçün yığılır(DSMF), biri də pulun olmadığı halda DİRƏŞİB istifadə eliyə bilərsən müalicə üçün(Tibbi sığorta). Bunlar azmış kimi, mən niyə axı bankın səhvinə görə 2 dəfəyə artıq vergi ödəməliyəm? Bu nə işdi belə?
1) Sərəncam əsasında pul balansımdan çıxıla bilər, AMMA MƏNİM XƏBƏRİM OLMAQ ŞƏRTİLƏ.
2) Çıxmısınız yaxşı eləmisiniz, açın da bu kartı da. Sizə görə problem yaşamalıyam mən?"
İddia olunanla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage