azia.az
azia.az

Liana Vəzirova Muzey Mərkəzində “ölü canlar“ saxlayır? – İddia

16-04-2022, 13:13

Liana Vəzirova Muzey Mərkəzində “ölü canlar“ saxlayır? – İddia
Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı nazir müavini ilə idarə rəisi həbs edildilər.

Nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun istintaqa verdikləri ifadədə illərlə Mədəniyyət nazirliyi sistemində böyük korrupsiyananın olduğu bildirilirdi.
Azərbaycanın mədəniyyət sistemində baş verən bu utancverici hadisədən sonra nazirlikdə böyük kadr islahatları aparıldı.

Yeni Mədəniyyət naziri Anar Kərimov qurumun bir çox müəssisələrində rəhbər dəyişiklikləri etdi. Lakin aparılan işlərə baxmayaraq, hələ də nazirliyin bəzi təşkilarında köhnə “adət-ənənə”nin qaldığı deyilir.

Məlumata görə Mədəniyyət nazirliyi sistemində heç cür dəyişilmək bilməyən, Əbülfəs Qarayevin “gələnək”lərinə “sadiq” qalan müəssisələrdən biri də Muzey Mərkəzidir.

Belə ki, tabeliyində Muzey Mərkəzində korrupsiyanın, qanunsuzluqların olduğu deyilir. Mərkəzdə xeyli sayda “ölü canlar”ın olduğu, təsərrüfat sahəsinə alınan mal-materialların yalnız sənəd üzərində aparıldığı bildirilir. İddialara görə Muzey Mərkəzində baş verən qanunsuzluqların və korrupsiyanın başında isə Muzey Mərkəzin direktoru Liana Vəzirova dayanır.

Xatırladaq ki, Muzey Mərkəzin “Azərbaycan Musiqisi Mədəniyyəti Dövlət Muzeyi”, “C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi” və “İstiqlal Muzeyi” fəaliyyət götərir.

Muzey Mərkəzi iddialar barədə heç bir mövqe bildirmədi.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi