azia.az
azia.az

İcra Hakimiyyəti öz vəzifələrinə `kimin pulu çoxdur` prinsipindən yanaşır - NARAZILIQ VAR!

15-04-2022, 11:10

İcra Hakimiyyəti öz vəzifələrinə `kimin pulu çoxdur` prinsipindən yanaşır - NARAZILIQ VAR!
Bir müddət əvvəl Yasamal rayonu Nəriman Nərimanov prospekti 201, 203 və İnşaatçılar prospekti 28 saylı binaların sakinləri Bizimyol.info xəbər portalına müraciət edərək bildiriblər ki, ərazidə olan XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi onların həyat tərzinə mane olur, sakinlər üçün problemlər yaradır. Belə ki, məktəbə gələn valideynlər və məktəb əməkdaşları avtomobillərini binaların həyətlərində saxlayır, həyətləri yol kimi istifadə edilər. Eyni zamanda sakinlər qeyd edib ki, təhsil müəssisəsi icazəsiz olaraq, ərazidə ağacları kəsir və əlavə binalar tikirlər. Vətəndaşlar həmçinin vurğulayıb ki, BNA-nın razılığı əsasında əraziyə quraşdırılan şlaqbaum məktəbin şikayəti əsasında sökdürülüb. , Bizimyol.info xəbər portalı iddialarla bağlı məktəbə sorğu göndərib. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin icraçı direktoru Müzəffər İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sözügedən ərazidəki yol infrastrukturunda 2017-ci ildə aparılmış yenidənqurma işləri nəticəsində əsas yoldan köməkçi yola keçidin yerinin dəyişdirilməsi və həm giriş, həm çıxış üçün yalnız bir keçidin verilməsi həmin əraziyə və qonşuluqdakı binalara giriş-çıxışı bir qədər çətinləşdirmiş və əraziyə daxil olan nəqliyyat vasitələrinin yaxınlıqdakı binaların həyətindən keçid kimi istifadə etməsinə səbəb olub.

“Bunu nəzərə alaraq, tərəfimizdən 2018-ci ilin avqust ayında Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ünvanlanıb. Həmin müraciətə BNA tərəfindən 2019-cu ilin yanvar ayında müsbət cavab verilib, müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndəriləcəyi qeyd olunub. Lakin sonradan pandemiya dövründə bu layihənin icrası bir qədər gecikdi. Bununla belə, 2021-ci ilin oktyabr-noyabr aylarında sakinlərin təkrar müraciətinə əsasən məsələ təkrar müvafiq qurumlar qarşısında qaldırılmış. Məsul qurumların operativ fəaliyyəti nəticəsində artıq cari ilin yanvar ayında BNA-nın təklifinə uyğun olaraq Nəriman Nərimanov prospektindən köməkçi yola yeni giriş açılıb, ərazidə yeni nişanlar quraşdırılıb və xətt çəkilməsi ilə bağlı işlər də həyata keçirilib. Bunun nəticəsində avtomobillərin yaşayış binasının həyətindən keçmə zərurəti ortadan qalxıb. Sakinləri narahat edən məsələ, yəni məktəbin valideyn və əməkdaşlarının həyətdən yol kimi istifadə etməsi, artıq aktual deyil. Həyət sahəsində kənar avtomobillərin saxlamasına nəzarət isə bizim səlahiyyətimizdə olan bir məsələ deyil”,- deyən direktor ərazidə ağacların kəsilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, ərazidə yaxın günlərdə müvafiq qurumlar tərəfindən olduqca təhlükəli vəziyyətdə olan ağacların budanması həyata keçirilib. Bununla bağlı sözügedən ünvanda yaşayan sakinlərin, eləcə də məktəbin müraciətləri olub. Həmin budama işi də bu müraciətlərə əsasən aparılıb.

“Ərazidə bizim tərəfimizdən əlavə binaların tikilməsi məsələsi həqiqətə uyğun deyil. Düzdür, Mərkəz ərazisində yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla cari təmir, yenidənqurma və abadlıq işləri görülür. Lakin burada qətiyyən yeni binaların tikintisindən söhbət getmir” - deyə direktor bildirib.

M.İsmayılov qeyd edib ki, Nərimanov prospekti 205 ünvanında yerləşən binanın həyətinə şlaqbaum qoyulması və eləcə də sökülməsi məsələsi ilə bağlı məlumatlı olsa da, sakinlərin iddiası tam olaraq həqiqəti əks etdirmir.

“Məktəbə yaxın hissədə şlaqbaum yox süni baryer quraşdırılmışdı, hansı ki, məktəbin istilik qazanxanası və tədris binalarının yanğın nərdivanları həmin hissədə yerləşir. Burada süni maneə olması isə yanğın təhlükəsizliyi baxımından risklərə yol açır. Biz vəzifə borcumuzu yerinə yetirərək mümkün risklər barədə müvafiq qurumları əvvəlcədən məlumatlandırmışıq. Lakin onların sökülməsi və ya quraşdırılması bizə aid olan bir məsəl deyil. Bununla müvafiq qurumlar məşğul olur, müraciət onlara ünvanlansa, daha doğru olar”,- deyə direktor qeyd edib.

P.S. Sakinlər ərazidə olan digər obyektlərin əməkdaşlarının onlara məxsus həyətlərdə avtomobil saxladığını iddia ediblər. Həmin obyektlərdən biri də AFB bankdır. Vətəndaşların daha öncəki müraciətinə əsasən bankdan vətəndaşlara verilən ənənəvi cavab verilib: “Hörmətli müraciətçi, bank əməkdaşlarının Bankdan kənar hərəkətlərinə rəhbərlik heç bir məsuliyyət daşımır. Bu məsələ ilə bağlı iradlarınızı həmin şəxslərin özlərinə bildirməyiniz tövsiyə olunur”.

Mövzu ilə bağlı banka sorğu göndərdik, cavablandırıldığı zaman sizinlə bölüşəcəyik.

P.P.S. Qeyd edək ki, ümumi istifadədə olan ərazilərə girişin şlaqbaumlarla bağlanmasına qarşı tədbirlər rayon İcra Hakimiyyətlərinin səlahiyyətində olan məsələdir. Şlaqbaumlar qanunsuzdursa (və adətən, qanunsuzdur, çünki o ərazilər ümumi istifadədə olan ərazilərdir) İcra Hakimiyyəti o şlaqbaumları sökməlidir. Amma Yasamal Rayon İcra Hakimiyyəti müxtəlif ərazilərdə binaların arasında yerləşən ümumi istifadədə olan ərazilərə girişin qanunsuz olaraq şlaqbaumlarla məhdudlaşdırılmasına göz yumur. Bir sıra ərazilərdə hətta səhiyyə müəssisələrinin həyətlərinə giriş də bina sakinləri tərəfindən qanunsuz olaraq bloklanır. Amma rayon İcra Hakimiyyəti o binalarda yaşayan imkanlı şəxslərlə "sövdələşmə"yə sadiq qalaraq belə şlaqbaumları sökməkdən imtina edir. Maraqlıdır ki, yuxarıda haqqında danışılan ərazidə şlaqbaumu düşünmədən söküblər. Ola bilsin, qarşı tərəfin pulu daha çox olub...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi