Yaponiya Rusiyanın 49 şirkət və təşkilatına qarşı ixrac sanksiyaları tətbiq edib
Yaponiya hökuməti Rusiyanın 49 şirkət və təşkilatına qarşı ixrac sanksiyalarının tətbiqini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Yaponiya hökuməti Rusiya hakimiyyəti və banklarının nümayəndələrinin aktivlərinin dondurulması ilə bağlı daha əvvəl elan edilmiş qərarı da təsdiqləyib.
Qeyd olunur ki, ixrac sanksiyaları martın 8-dən, bankların (Mərkəzi Bank istisna olmaqla - Red) aktivlərinin dondurulması tədbirləri isə martın 31-dən qüvvəyə minəcək.
Həmçinin, Yaponiya hakimiyyəti Rusiya Federasiyasının hərbi potensialını gücləndirməyə kömək edə biləcək ümumi təyinatlı məhsulların ixracına da qadağa qoyur.