azia.az
azia.az

Yaponiya imperatoru taxt-tacdan imtina etdi

10-10-2016, 09:51

Yaponiya imperatoru taxt-tacdan imtina etdi
Yaponiya hökuməti taxt-tacdan imtina etdikdən sonra imperator Akihitonun necə adlandırılacağı məsələsini müzakirə edir

İmperator Akihitonun taxt-tacdan imtinası xahişi ilə əlaqədar xüsusi komissiya oktyabrın 17-də yeni qanunun qəbulu məsələsinin müzakirəsinə başlayacaq. Bununla əlaqədar taxt-tacdan ayrıldıqdan sonra İmperator Akihitonun hansı statusa malik olacağı və necə adlandırılacağı barədə suallar da ortaya çıxıb.

Agentliyin bildirdiyinə görə, komissiya ayda bir neçə iclas keçirəcək və müzakirələr gələn ilədək davam edə bilər. Komissiyanın tərtib edəcəyi hesabatdan sonra Yaponiya parlamentinin hər iki palatasının sədrləri qanunverici prosedurlara keçməzdən əvvəl məsələ ilə bağlı iqtidar və müxalifət partiyalarının mövqeyini dinləyəcəklər.(azərtac)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi