BTC ilə tranzit neftinin nəqli 59% artıb
Azərbaycanda ötən ay magistral neft kəmərləri ilə 2 980,7 min ton neft nəql edilib. Bu da ötən ilin göstəricisi ilə müqayisədə 5,7% çoxdur.
“Margin.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 77,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
BTC ilə 26 mln. tondan çox neft nəql edilib
Hesabat dövründə kəmər vasitəsilə 2 299,9 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8,3% az).
Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 430,1 min ton tranzit nefti də (illik müqayisədə 55,8% çoxdur) nəql edilib.