azia.az
azia.az

Marqvelaşvili: Azərbaycanla birgə layihələr əhəmiyyətlidir

3-02-2016, 16:38

Marqvelaşvili: Azərbaycanla birgə layihələr əhəmiyyətlidir Gürcüstan hakimiyyəti ölkənin tranzit funksiyasını bərpa edir. Bu, iqtisadi inkişaf üçün lazımdır. "Sputnik Qruziya"nın verdiyi məlumata görə, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili parlamentə illik müraciətində deyib.
Dövlət başçısı qeyd edib: "Biz elə yerdəyik və tarixən elə tarixi funksiyanı (tranzit) yerinə yetiririk ki, bu, Gürcüstana xüsusi rol verir. Bu layihələr artıq başlayıb və ya icra edilir, məqsədimiz isə artan potensialı həyata keçirməkdir".
G.Marqvelaşvili əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "İpək yolu" üzrə bütün digər təşəbbüslər çox əhəmiyyətli potensialdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi