Bu zavodun fəaliyyəti bərpa olunacaq
Tacikistanın TALCO müəssisəsi istehsal etdiyi alüminium məhsullarını Azərbaycanın dəniz və dəmir yolu marşrutları ilə Avropa İttifaqı ölkələrinə nəql edir.
Bu barədə Tacikistan mətbuatına açıqlamasında Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov deyib.
Onun sözlərinə görə, bundan əlavə, Gəncə Giltorpaq Zavodunun birgə yenidən işə salınması istiqamətində işlər aparılır.
Bu layihənin reallaşdırılması məqsədilə investisiyalar cəlb olunur. Layihənin tam reallaşdırılması müəssisəyə ildə 400 min tondan çox giltorpaq istehsal etməyə imkan verəcək.
www.anews.az