Gömrükdən təkcə yanvar ayında büdcəyə ödənilən vəsait açıqlandı
Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar ayı üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,24 faiz yerinə yetirib.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün sosial media hesabında yazıb.
O bildirib ki, ilkin məlumata görə 403,95 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub ki, bu da nəzərdə tutulan proqnozdan 83,95 milyon manat artıq deməkdir
www.anews.az