Səfər Mehdiyev: “DGK dövlət büdcəsinə 4,34 mlrd. manat vəsait köçürüb”
Dövlət Gömrük Komitəsi ötən il dövlət büdcəsi qarşısında öhdəliyinə 111,3 % əməl edib.
“Margin.az” xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə 4 milyard 340,4 milyon manat vəsait köçürülüb. Bu da nəzərdə tutulan proqnozdan 440,4 milyon manat çoxdur.