azia.az
azia.az

Aydın Əliyevdən gömrük daxilolmaları ilə bağlı açıqlama

17-03-2017, 10:14

Aydın Əliyevdən gömrük daxilolmaları ilə bağlı açıqlama


“Ölkədəki iqtisadi böhran idxal həcminin kəskin azalmasında özünü göstərir.

Buna baxmayaraq, Dövlət Gömrük Komitəsi 2016-cı ilin büdcə proqnozuna 126% əməl edib”.

azia.az Trend-ə istinadən xəbər verir ki, komitə etiraf edib ki, büdcə öhdəliklərini belə yüksək səviyyədə yerinə yetirmələrinə səbəb məhz milli valyutanın devalvasiyası və nəticədə dəfələrlə ucuzlaşmasıdır.

“Bu isə o deməkdir ki, gömrük rüsumunu dollarla alan komitə həmin rüsumları büdcəyə manatla transfer etdiyindən mübadilə nəticəsində daha çox manat əldə edir”.

Bununla bağlı komitə sədri Aydın Əliyevin fikirləri belədir: “İdxalın həcminin azalmasına baxmayaraq, milli valyutamızın devalvasiyası hesabına 2016-cı ildə Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş proqnoz 126,6% yerinə yetirilib.

İllik 1 milyard 810 milyon manat proqnoza qarşı faktiki olaraq 2 milyard 291,6 milyon manat gömrük ödənişləri yığılaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”.

Həmçinin cari ilin 2 ayı ərzində büdcə proqnozu nəzərdə tutulandan 62,9 milyon manat artıq olmaqla 368,9 milyon manat gömrük ödənişləri yığılaraq dövlət büdcəsinə köcürülməsi təmin olunub”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi