Səhərin benzinlə bağlı ŞAD XƏBƏRİ - 1 İYUNADƏK...
Səhərin benzinlə bağlı ŞAD XƏBƏRİ - 1 İYUNADƏK...
Bu gündən Azərbaycana idxal edilən Aİ-92 benzini gömrük rüsumundan azad olunur.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 29 yanvar tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.
Qərar iyunun 1-dək qüvvədə qalacaq.