azia.az
azia.az

Bakının bu rayonlarında qaz KƏSİLƏCƏK

7-01-2022, 11:22

Bakının bu rayonlarında qaz KƏSİLƏCƏK
Bakının Nəsimi rayonu ərazisində daşıyıcı qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması və Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında daşıyıcı qaz xəttinin yerinin dəyişdirilərək polietilen qaz xətti ilə əvəzlənməsi və təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar 07.01.2022-ci il tarixdə saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaqdır.

Bu barədə Redaktor.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, 20 Yanvar, Mir Cəlal, Alı Mustafayev, Ceyhun Səlimov, C.Məmmədquluzadə küçələrinin, 2,3,4 və 5-ci mikrorayonların, Binəqədi rayonunun Xutor yaşayış massivi ərazisinin, RİQ-1, 325, 321 saylı qazanxanaların, Mərkəzi Hərbi Klinik Hospitalın və Yasamal rayonu ərazisində “Main” Yaşayış Kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirik!" - qurumun açıqlamasında deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi