azia.az
azia.az

Bu gün bu ərazilərdə qaz olmayacaq

30-11-2021, 11:21

Bu gün bu ərazilərdə qaz olmayacaq
Bu gün Azərbaycanın iki rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Azia.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, "Qaz İxrac” İdarəsinə məxsus "Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin, Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində "Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı bu gün saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.

"Azəriqaz” müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi