Bakının bu rayonu susuz qalacaq - XƏBƏRDARLIQ
Bakının Yasamal rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə Sonxeber.az-a "Azərsu" İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, məhdudiyyət, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Bu səbəblə bu gün Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.