azia.az
azia.az

“Gələn il bu avtomobilləri tapmaq çətin olacaq” – Ekspertdən bahalaşma və qıtlıq anonsu

19-10-2021, 17:27

“Gələn il bu avtomobilləri tapmaq çətin olacaq” – Ekspertdən bahalaşma və qıtlıq anonsu
"Avtomobil bazarında ikinci əl maşınlar bahalaşıb”.

Azia.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bahalaşmanın səbəblərini izah edib:

"Birinci əl avtomobil bazarındakı qiymətlərdə artım yoxdur. İlin əvvəlində yeni avtomobillərin qiymətləri təxminən 5 faiz yüksəlmişdi ki, bu da daşınma xidmətləri üçün təklif olunan ödəmələrin artması ilə bağlı idi. Hazırda yeni avtomobillərlə bağlı qiymətlər stabil olaraq qalır, ikinci əl avtomobillərdə isə 2-5 faiz artım müşahidə edilir. Avtomobil bazarı müstəqil sektordur və bura təsir edən amillər arasında daşınma xərcləri yer alır. Bu ilin sonunadək avtomobillərdə ciddi qiymət dəyişikliyinin olacağını düşünmürəm”.

Ekspert 2022-ci ilin yaz aylarında avtomobil çatışmazlığının olacağını proqnozlaşdırır:


"Gələn ildən etibarən yeni avtomobilərin qiymətində artımlar görə bilərik. Bu da dünyanın aparıcı avtomobil istehsalçılarının pandemiya dönəmində istehsalla bağlı problemlərinin yaranması ilə əlaqədardır. İstehsalda olan çatışmazlıqla bağlı 2021-ci ilin sonu və 2022-ci ilin əvvəllərdinə avtomobil çatışmazlığı müşahidə edilə bilər. Gələn ilin yaz aylarında komfortlu, təhlükəsiz Yaponiya və Avropa avtomobillərinin çatışmazlığını görəcəyik. Bu da yeni avtomobillərin qiymətinə 6-7 faiz təsir edəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi