azia.az
azia.az

Azərbaycanda avtomobillər BAHALAŞDI – YENİ QİYMƏTLƏR

25-08-2021, 11:44

Azərbaycanda avtomobillər BAHALAŞDI – YENİ QİYMƏTLƏR
Bu ilin iyulunda Azərbaycanda minik avtomobilləri illik müqayisədə 2,4 faiz bahalaşıb. Ötən ilin iyulunda minik avtomobillərinin qiyməti 0,6 faiz azalmışdı.

Azia.az bildirir ki, 2021-ci ilin iyulunda satışa çıxarılan avtomobillərin orta qiyməti 35 681 manat olub. Ötən ilin iyulunda orta qiymət 34 861 manat idi. Bir il ərzində minik avtomobilləri 820 manat bahalaşıb.

Avtomobillərlə bərabər ehtiyat hissələrinin də qiyməti artıb. Bu ilin iyulunda ehtiyat hissələrinin orta qiyməti 2,9 faiz yüksəlib. Minik avtomobili üçün ehtiyat hissələri və avadanlıqların orta qiyməti ötən ilin iyulunda 321 manat olduğu halda, bu ilin iyulunda 363 manata yüksəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi