Azər Bayramovun adından HAQQ YIĞILIR... - İTTİHAM
Xəzinədarlığın vəzifələri – dövlət büdcəsinin layihəsinin hazırlanmasından; – dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilindən; – büdcə və büdcədənkənar daxilolmaların mədaxil edilməsi, bölüşdürülməsi və qaytarıiması əməliyyatlarının həyata keçirilməsindən; – dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinin həyata keçirilməsindən; – dövlət büdcəsi vəsaitlərinin idarə edilməsindən; – büdcə xərclərinin kassa icrasının yerinə yetirilməsindən; – büdcə kəsirinin örtülməsi üçün maliyyələşmə mənbələrindən istifadə edilməsindən; – büdcə təşkilatlarının gəlir və xərclərinin kassa icrasının həyata keçirilməsindən; – xəzinə işlərinin icra vəziyyətinin yoxlanılmasından ibarətdir.
Xəzinədarlığın funksiyalarına – Baş dövlət xəzinədarlığının hesablan üzrə əməliyyatların həyata keçirilməsi və onlann uçotunun təşkili; müəyyən olunmuş qaydada mərkəzləşdirilmiş xərclərin, o cümlədən məqsədli büdcə fondlarının xərclərinin icrasının təmin edilməsi; dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin nizamlanması və qarşılıqlı hesablaşmalann həyata keçirilməsi; Baş Dövlət Xəzinədarlığı ilə yerli xəzinədarlıqlar arasında maliyyə resurslarının və pul vəsaitlərinin hərəkətinə nəzarət; dövlət büdcəsindən ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsi; büdcə və büdcədənkənar fondlann gəlir və xərclərinin icrasına dair hesabat məlumatlarının müvafiq büdcə təşkilatlan ilə dövrü olaraq üzləşdirilməsindən ibarətdir.
Ancaq Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Beyləqanda yerləşən 18 saylı Regional xəzinədarlıq idarəsinin rəisi Zaur Aslanov öz vəzifə və funksiyalarını yalnız büdcədən maliyyələşən yerli idarə, müəssisə və təşkilatlara “racon kəsməkdə” görür. Beyləqan da daxil olmaqla 5 rayona (Füzuli, Ağcabədi, İmişli, Xocavənd) nəzarət etməklə vəzifələndirilmiş Zaur Aslanov daha əvvəl işlədiyi Füzuli rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində də yaxşı reputasiya qazanmayıb. Xəzinədarlıq sistemi maliyyə nazirinin birinci müavini Azər Bayramovun kurasiyasında olduğundan, Zaur Aslanov özünü cəmiyyətə hər vəchlə məhz Azər Bayramovun yaxın adamı kimi təqdim etmək fürsətini qaçırmayıb. Əslində isə o, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin müavini, Füzuli rayonundan olan Rafiq Aslanovun qardaşı oğludur və Füzulidə maliyyə rəisi işlədiyi vaxt bu qohumluq amilindən geninə-boluna yararlanıb.
RealMedia.az-ın redaksiyamıza daxil olan informasiyaya görə, Zaur Aslanovun büdcə təşkilatları qarşısında qoyduğu korruptiv tələblər artıq bütün hədləri aşıb, heç bir çərçivəyə sığmır. Bildirilir ki, Zaur Aslanov 5 rayonun büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarına ayrılan pulu onlara faizlə satır. Təmir-abadlıq işləri, ehtiyat hissələrinin, yanacaq və sürtgü materiallarının, inventar və avadanlıqların alınmasına, uşaq bağçalarına ayrılan pulları almaq üçün mütləq Zaur Aslanovun olmayan “bığının altından” keçməlisən. İş gördürən, xidmətlərdən istifadə edən büdcə təşkilatları elan etdikləri tender və kotirovka sorğularında qalib çıxan firmalara pul köçürmək üçün Zaurun şərtlərinə mütləqü boyun əyməlidirlər. Yoxsa, o, işi pozmaq üçün necə olur-olsun, “səbəb” tapacaq, “qırmızı xətt” qoya bilər. Görünür, belə səbəblər çoxdur ki, adları çəkilən rayonların icra başçıları belə bu oturuşmuş korrupsiya mexanizmini pozmağa cəsarət etmirlər. Çünki həm də çox vaxt qabaqcadan razılaşdırılmış tender sövdələşmələrinin əsas təşəbbüsçüləri məhz icra başçıları özləri olurlar. İş o yerə çatıb ki, büdcə vəsaitlərinin yönəldiləcəyi təyinatından kənarlaşdırılmasına, nəhayətdə mənimsənilməsinə hesablanmış bütün təşəbbüslər Zaur Aslanovla öncədən danışılır. Bu məsələni açıq alver predmetinə çevirən xəzinədar telefonda belə bazarlıq etməkdən çəkinmir. Fəaliyyəti ciddiliklə yoxlanılsa, məsuliyyətdən yaxa qurtara bilməyəcəyi, arxasında duran havadarlarının da nüfuzlarının laxlayacağı şəksizdir.
RealMedia.az