azia.az
azia.az

Zaur Aslanovun Nazirə xəyanəti – Azər Bayramov onu xilas edə biləcəkmi?

11-07-2021, 14:07


Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Beyləqanda yerləşən 18 saylı Regional xəzinədarlıq idarəsinin rəisi Zaur Aslanovun 5 rayonun idarə, müəssisə və təşkilatlara “racon kəsməsi” barədə yazımızdan sonra redaksiyamıza tənqid etdiyimiz şəxsin qanunazidd hərəkətləri, vəzifəsindən su-istifadə etməsi haqda yeni məlumatlar daxil olub. Sözügedən idarənin əhatə dairəsi kifayət qədər geniş (Beyləqan, Füzuli, Ağcabədi, İmişli, Xocavənd) olduğundan, oxucuların reaksiyasının özünü çox gözlətməyəcəyini bilirdik.
Zaur Aslanovun Nazirə xəyanəti – Azər Bayramov onu xilas edə biləcəkmi?
RealMedia.az-a daxil olan növbəti ilginc məlumatlardan birinə görə, pandemiyanın vüsət aldığı 2020-ci ilin sentiyabr-dekabr aylarında Zaur Aslanov Beyləqan Rayon İdman və Gənclər İdarəsinin rəisi Sənan Quliyevlə anlaşaraq kağız üzərində guya hansısa kütləvi idman tədbirinin keçirildiyini rəsmiləşdirib. Özü də birini yox, ikisini. Aydın məsələdir ki, bu rəsmiləşdirmənin ən vacib kriterisi həmin təyinatla dövlət vəsaitini büdcədən çırpışdırmaq olub.

Xəzinədarlıq sistemi maliyyə nazirinin birinci müavini Azər Bayramovun kurasiyasında olduğundan, Zaur Aslanov özünü cəmiyyətə hər vəchlə məhz Azər Bayramovun yaxın adamı kimi təqdim etməkdə fayda görür. Sitat: “Əslində isə o, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin müavini, Füzuli rayonundan olan Rafiq Aslanovun qardaşı oğludur və Füzulidə maliyyə rəisi işlədiyi vaxt bu qohumluq amilindən geninə-boluna yararlanıb… Zaur Aslanovun büdcə təşkilatları qarşısında qoyduğu korruptiv tələblər artıq bütün hədləri aşıb, heç bir çərçivəyə sığmır. Bildirilir ki, Zaur Aslanov 5 rayonun büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarına ayrılan pulu onlara faizlə satır. Təmir-abadlıq işləri, ehtiyat hissələrinin, yanacaq və sürtgü materiallarının, inventar və avadanlıqların alınmasına, uşaq bağçalarına ayrılan pulları almaq üçün mütləq Zaur Aslanovun olmayan “bığının altından” keçməlisən” İş gördürən, xidmətlərdən istifadə edən büdcə təşkilatları elan etdikləri tender və kotirovka sorğularında qalib çıxan firmalara pul köçürmək üçün Zaurun şərtlərinə mütləqü boyun əyməlidirlər. Yoxsa, o, işi pozmaq üçün necə olur-olsun, “səbəb” tapacaq, “qırmızı xətt” qoya bilər”.

Yeri gəlmişkən, müşahidə olunan başqa bir mənfi tendensiya barədə. Nazir müavini Azər Bayramovun çoxdandır ki, maliyyə naziri Samir Şərifovun yerinə göz dikdiyi deyilir. O, xeyli vaxtdır ki, Nazirliyin yerlərdəki regional struktur vahidlərinə öz adamlarını rəhbər vəzifələrə yerləşdirib. Onların qarşısına qoyduğu korruptiv tələblər isə istər-istəməz nəhayət etibarilə cənab nazirin özünün cəmiyyətdəki nüfuzuna xələl gətirir. Görünür, Azər Bayramov məqsədli şəkildə Samir Şərifovu dövlət rəhbərliyinin gözündən salacaq, getməsini şərtləndirəcək bir atmosfer yaratmaq istəyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi