azia.az
azia.az

Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsinə nəzarət gücləndiriləcək

14-04-2016, 10:16

Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsinə nəzarət gücləndiriləcək Azərbaycanda dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi üzərində maliyyə-təsərrüfat qaydalarına nəzarətin daha da gücləndirilməsi, bir çox hallara görə cərimələrin tətbiqi təklif edilir.
Bu barədə Hesablama Palatasının Nazirlər Kabinetinə təqdim etdiyi təkliflərdə bildirilib.
Hesablama Palatası NK-ya təqdim etdiyi təkliflərində bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasına görə min manatadək məbləğdə törədildikdə - dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxslərinin üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Eyni əməllər min manatdan yuxarı məbləğdə törədildikdə - dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxslərinə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə tətbiq edilir.
Təkliflərdə qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsində Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada büdcə daxilolmalarının vaxtında və tam həcmdə dövlət büdcəsinə ödənilməməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda müvafiq qaydada gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və dövlət (büdcə) öhdəliklərinin qəbul edilməsi qaydalarının pozulması, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin pozulması halları və s. ilə bağlı inzibati məsuliyyət müəyyən edilməmişdir.
HP təklif edir ki, müəyyən boşluqların aradan qaldırılması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə yenidən baxılmaqla maliyyə intizamının, dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi üzərində dövlət nəzarətinin gücləndirilməsi məqsədilə maliyyə-təsərrüfat qaydaları ilə bağlı qanunvericilikdə müəyyən edilmiş digər tələblərin pozulması hallarının İnzibati Xətalar Məcəlləsi ilə sanksiyalaşdırılması təklif edilir.
Bununla yanaşı, təklif edilir ki, "Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına, yəni maliyyə əməliyyatlarına və xərc normalarına riayət edilməməsinə, avans olaraq verilmiş vəsaitin vaxtında bağlanmamasına, büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə, dövlət (büdcə) öhdəliklərinin qəbul edilməsi qaydalarının pozulmasına, normativdən artıq ştat vahidinin saxlanılmasına görə bu əməllər min manatadək və min manatdan yuxarı məbləğdə törədildikdə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri cərimə edilsin. Cərimələrin məbləği isə təkliflərdə konkret olaraq, qeyd edilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi