azia.az
azia.az

“Ləzzət”in müştəriyə satdığı tort saxta çıxdı - Foto

25-08-2021, 10:18

“Ləzzət”in müştəriyə satdığı tort saxta çıxdı - Foto
“Ləzzət” Kulinariya Evinin müştəriyə onlayn sifarişlə satdığı şirniyyat saxta çıxıb. “Ləzzət”in sosial şəbəkədə paylaşdığı tortu evinə sifariş verən müştəri bildirib ki, gətirilən tortun fotodakı ilə qətiyyən əlaqəsi yoxdur.

Bununla bağlı Azia.az-a fikirlərini bölüşən Azad İstehlakçıları Birliyinin sədri Eyyub Hüseynov onlayn ticarətdə, o cümlədən qida sektorunda hazırda böyük problemlərin yaşandığını bildirib:

“Qida sektorunda şəkil və reklamlarla istehlakçıların cəlb edilib aldadılması problemi var. Onlayn ticarət zamanı mal gətirilib istehlakçıya qutunun içərisində verilir. Pulunu alıb gedirlər. Sonradan onları axtarıb geri qaytarmaq məsələsində problem yaşanır. Çox təəssüf ki, bu qurumlar hökumətin onlar üçün yaratdığı son dərəcə rahat şəraitdən sui-istifadə edib istehlakçıları aldadırlar. Belə hallar baş verdikdə, müştərinin şikayəti olduqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 qaynar xəttinə məlumat vermələrini tövsiyə edirəm. Təəssüf ki, AQTA malın keyfiyyətinə, hətta etiketinə belə demək olar, nəzarət etmir. Bununla bağlı şikayətlərimiz də olub. Etiketlə, görünüşlə kim kimi aldadır, aldatsın. Təki, mal zəhərli olmasın. Malların keyfiyyətinə nəzarət olunmalıdır. Etiket və görünüşlə istehlakçıların aldadılmasına son qoyulmalıdır. Hökumətin mükəmməl istehlakçı siyasəti formalaşmalıdır”.

“Ləzzət”in müştəriyə satdığı tort saxta çıxdı - Foto


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi