azia.az
azia.az

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin dəstəyi ilə Monteneqro maliyyə monitorinqi orqanı Eqmont Qrupuna üzv olub

5-11-2020, 15:52

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin dəstəyi ilə Monteneqro maliyyə monitorinqi orqanı Eqmont Qrupuna üzv olub

Azia.Az xəbər verir ki, Azərbaycan qlobal arenada mövqeyinin və nüfuzununmöhkəmləndirilməsiistiqamətində beynəlxalq təşkilatlarvə digər ölkələrlə əməkdaşlığını davam etdirir. Dünyanın Maliyyə Monitorinqi Orqanlarının (MMO) ixtisaslaşmış beynəlxalq təşkilatı olan Eqmont Qrupuna üzvlüyü çərçivəsində Azərbaycan RespublikasınınMaliyyə Monitorinqi Xidmətinin(MMX) dəstəyiləMonteneqronun MMO-su olan Çirkli Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə DepartamentininEqmont Qrupuna üzvlüyə qəbul olunma prosesi uğurla yekunlaşaraq3 noyabr tarixində Monteneqro MMO-sunun sözügedən quruma tamhüquqlu üzv seçilməsi ilə nəticələnib.
Belə ki, bu proses çərçivəsində Monteneqro MMO-nun üzvlük müraciəti MMX-nin dəstəyi ilə hazırlanaraq müvafiq səyyar yoxlaması üzrə hesabatla birgə Eqmont Qrupunun Üzvlük, Dəstək və Uyğunluq İşçi Alt-Qrupuna təqdim edilmiş,qiymətləndirmə və müzakirələr əsasında Eqmont Qrupunun ali idarəetmə orqanı olan MMO Rəhbərləri Şurasınamüsbət rəylə təqdim edilmişdir. MMO Rəhbərləri Şurası, öz növbəsində, bu rəyi qəbul edərək Monteneqro MMO-nun üzvlüyünü təsdiq edib.
Xatırladaq ki, MMO-lar arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış, baş qərargahı Kanadanın Ottava şəhərində yerləşən Eqmont Qrupu cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə 166ölkənin üzv olduğu vahid təşkilatdır. MMO-ların PL/TMM üzrə milli və beynəlxalq təşəbbüsləri dəstəkləməsi bu təşkilatı xüsusilə aktuallaşdırır, habelə PL/TMMüzrə dünya standartlarına uyğun olaraq beynəlxalq səviyyədə məlumat mübadiləsi aparmaq üçün etibarlı platformaya çevirir. Azərbaycan Eqmont Qrupunun 2011-ci ilin 11-15 iyul tarixlərində keçirilmiş 19-cu plenar iclasında qəbul edilmiş qərarla bu təşkilatın tamhüquqlu üzvü seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi