azia.az
azia.az

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

3-05-2017, 11:36

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Azərbaycanın Auditorlar Palatası arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

azia.az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, memorandumun məqsədi bu sahədə qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi və birgə tədbirlərin genişləndirilməsidir.

Memoranduma uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində tərəflər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə sorğu əsasında məlumat və sənəd mübadiləsinin aparılması, müvafiq sahədə vahid məlumat bazasının formalaşdırılması sahəsində əməkdaşlıq edəcək.

Bununla yanaşı, memoranduma əsasən tərəflər səlahiyyətləri çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlər, elmi-praktiki konfranslar və seminarlar təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi