azia.az
azia.az

ÇL-nin qrup mərhələsinə düşən 3 klubun adı bəlli oldu

30-08-2018, 10:14

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə son 3 vəsiqənin sahibi müəyyənləşib.

Report xəbər verir ki, "play-off" mərhələsinin cavab görüşlərinin yekununda Hollandiyanın PSV, Portuqaliyanın "Benfika" və Serbiyanın "Srvena Zvezda" klubları bu hüquqa sahib olublar.

PSV "Qarabağ"ı əvvəlki mərhələdə üstələməyi bacarmış Belarus BATE-sini cavab görüşündə də məyus edib. Eyndhoven təmsilçisi Borisovdakı ilk görüşdən 3:2 hesablı qələbə ilə ayrılmışdısa, öz meydanında 3 cavabsız qol vurub.

"Benfika" Yunanıstanda PAOK-la görüşün əvvəllərində hesabda geri düşsə də, tezliklə nəinki bərabərlik qolunu vurub, hətta darmadağına imza atıb - 4:1.

"Srvena Zvezda" isə Avstriyada "Zaltsburq"la matçda 0:2 hesabı ilə məğlub duruma düşməsinə baxmayaraq, geri dönüş etməyi bacarıb - 2:2. Serbiyadakı ilk görüş qolsuz nəticələndiyindən, balkanlılar səfər qolları sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksəliblər.

İlk oyun günündə bu vəzifənin öhdəsindən Hollandiyanın "Ayaks", Yunanıstanın AEK və İsveçrə "Yanq Boyz" klubları gələ bilib. Əvəzində Xorvatiya və Ukraynanın "Dinamo", Macarıstanın "Videoton" komandaları ilə yanaşı, Belarusun BATE, Avstriyanın "Zaltsburq" və Yunanıstanın PAOK klubları mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi