azia.az
azia.az

Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü, 2-si qardaşdır - YENİLƏNİB - VİDEO - FOTO

14-04-2017, 10:38

Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü, 2-si qardaşdır - YENİLƏNİB - VİDEO - FOTO

11:10

Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub.

azia.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Zığ şossesində "KİA" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107"-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər - 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.

---------

10:25

Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

azia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Əməliyyat saat 09:02-də başa çatıb.

-----------

09:23

Bu gün Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib.

azia.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza təxminən 1 saat əvvəl olub.

"Kia" markalı 90 VT 097 nömrəli avtomobillə 10 AX 002 nömrəli "VAZ" 2107 markalı maşın toqquşub. Qəza nəticəsində "07" alışaraq yanıb.

İlkin məlumata görə, maşının içində 2 nəfər yanaraq ölüb.



Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü, 2-si qardaşdır - YENİLƏNİB - VİDEO - FOTO
Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü, 2-si qardaşdır - YENİLƏNİB - VİDEO - FOTO
Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü, 2-si qardaşdır - YENİLƏNİB - VİDEO - FOTO
Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü, 2-si qardaşdır - YENİLƏNİB - VİDEO - FOTO
Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü, 2-si qardaşdır - YENİLƏNİB - VİDEO - FOTO
Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü, 2-si qardaşdır - YENİLƏNİB - VİDEO - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi