Misirin cənubunda yerləşən Əl-Minya əyalətində bir qrup silahlı şəxs avtobusa hücum edib.
AzVision.az “RİA novosti”yə istinadən xəbər verir ki, kopt xristianlarının olduğu avtobusu hücum zamanı 23 nəfər ölüb, 25 nəfər də yaralanıb.
Misir Təhlükəsizlik Qüvvələri vilayətdə silahlıların axtarışı üzrə genişmiqyaslı əməliyyatlara başlayıb.