BMT düşərgəsinə hücum: 18 ölü, 36 yaralı
Cənubi Sudanın Malakal şəhərində məcburi köçkünlər üçün BMT tərəfindən yaradılan düşərgəyə silahlı hücum nəticəsində 18 nəfər ölüb. Bu barədə “Sərhədsiz həkimlər” (MSF) beynəlxalq təşkilatdan bildirilib.
“Hücum nəticəsində azı 18 nəfər ölüb, onlardan ikisi MSF əməkdaşlarıdır. Xəstəxanalara daha 36 yaralı çatdırılıb”, - deyə təşkilatın məlumatında bildirilir.
Məlumata görə, hücumdan əvvəl yerli “Dinka” və “Şilluk” tayfaları arasında toqquşmalar baş verib.