azia.az
azia.az

Türkiyədə hərbçilərə hücum: 4 yaralı

9-04-2016, 13:38

Türkiyədə hərbçilərə hücum: 4 yaralı Türkiyənin Mardin əyalətində PKK terror qruplaşmasına qarşı keçirilən xüsusi əməliyyat zamanı 4 hərbçi yaralanıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, əyalətin Nusaybinə rayonunda hərbçilərin zirehli texnikası minaatanlardan atəşə tutulub.

Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.

Xatırladaq ki, ötən gün Mardin əyalətində keçirilən əməliyyat zamanı 5 hərbçi həlak olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi