İkiqat Azərbaycan çempionunu güllələyən şəxs tutuldu - YENİLƏNİB
Faktla bağlı cinayət işi açılıb
Fevralın 20-də Gəncədə odlu silahla qətl törədən şəxs saxlanılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.
O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.