azia.az
azia.az

Pezeşkianın müavini: Müharibəyə məcbur edilsək, güclü müdafiə olunacağıq

Bu gün, 15:16

“İran müharibə və qarşıdurma tərəfdarı olmasa da, müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq”.

Azia.az  Teleqraf-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arif deyib.

“ABŞ və İsrail qarşıya qoyduqları hədəflərin heç birinə nail ola bilməyib”, - İran rəsmisi iddia edib.

Məhəmmədrza Arif həmçinin sanksiyalara toxunaraq bildirib: “Xalq dözümlüdür, müqavimət göstərmək qabiliyyətinə malikdir. Xalqı sanksiyalar və ya mühasirə ilə qorxutmaq mümkün deyil, çünki bütün bu addımlar sonda onları həyata keçirənlərin özlərinə qayıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi