Magistratura nəticələri bu tarixdə açıqlanacaq
Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir.
Xəbər verilir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.