Evə gələn qohumlar onu evdə huşsuz vəziyyətdə tapıblarAğdam rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
İstiPress-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Çəmənli kəndində baş verib.
Beləki, kənd sakini 1955-ci il təvəllüdlü Pənahova Zərqələm Ərşad qızı yaşadığı evdən zəhər içərək intihara cəhd edib.
Qadın zəhər içdikdən az sonra evə gələn qohumlar evdə huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə çağrılan həkimlər P.Zərqələmə ilkin tibbi yardım göstərdikdən sonra onu Ağdam Mərkəzi Rayon Xəstəxanasına götürüblər.
Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Yerli hüquq mühafizə orqanları intiharın səbəblərin araşdırır.