Ondan çox şagird də yaralanıbQanada faciə baş verib. İstiPress-in məlumatına görə, ölkənin ən böyük və məşhur Kintampo şəlaləsində çimən məktəblilərin üzərinə ağac aşıb.
Şagirdlər şəlaləyə ekskursiyaya gediblər. Şəlalənin gözəlliyini görən uşaqlar suda çimmək qərarına gəliblər. Lakin qəfildən güclü külək başlayıb. Şəlalənin kənarındakı iri gövdəli ağaclardan bəziləri aşıb.
Nəticədə ümumilikdə 20 nəfər ölüb. Onlardan bir qismi zərbənin təsirindən ölüblər, bəziləri isə budaqlar arasında qalaraq sudan çıxa bilmədikləri üçün boğulublar. Yerli polisin məlumatına görə, onlardan 18-i hadisə yerində, ikisi isə xəstəxanada keçinib.
Hadisə nəticəsində daha 11 nəfər yaralanıb. Onların arasında şagirdləri gəzintiyə aparan müəllim də var.