Yaponiyada bu üzümün salxımı 12 min dollara satılıb
Yaponiyada “Roma rubini” üzüm sortunun bir salxımı auksionda rekord qiymətə satılıb.
Xəbər verilir ki, Kanadzavedə keçirilən auisonda 3 ildir ki, bu üzüm baha satılır.
Bu dəfə alıcı Tayvanda supermarketin sahibi olub. Üzüm 12 min dollara satılıb.
2008-ci ildə seleksiya olunan bu sort üzüm nazik incə qabığı, ölçüsü və rənginə görə seçilir.
Delikates sevənlər arasında Roma rubini populyardır. Ötən il də o, 11 min dollara satılmışdı (medicina).