azia.az
azia.az

Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslərin məhkəməsi başlayır

4-08-2022, 09:15


Xocavənd rayon ərazisində xarici şirkətlərdən birinə məxsus nəqliyyat vasitəsini oğurlamaqda təqsirləndirilən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişovun məhkəməsi başlayır.
Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslərin məhkəməsi başlayır
Xəbər verilir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, bu ilin aprel ayında Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə “Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən E.Alıpaşayev, Z.Əsədullayev və İ.Məmişov saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəlmələri və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparmaları müəyyən edilib. Polis əməkdaşları tərəfindən avtomobilin yeri də aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi