azia.az
azia.az

Qalmaqallı direktorun əməlləri ifşa olundu: təhsilsiz adamın müəllimliyi... - YOXLAMA - FOTO

16-12-2021, 14:10

Qalmaqallı direktorun əməlləri ifşa olundu: təhsilsiz adamın müəllimliyi... - YOXLAMA - FOTO
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılıb.
Bakupost.az -ın məlumatına görə, yoxlamalar nəticəsində məktəbdə ciddi nöqsanlar aşkarlanıb, direktor Çinarə Atayeva və onun qurduğu “şəbəkənin” qanunsuz fəaliyyətləri üzə çıxıb.

Qalmaqallı direktorun əməlləri ifşa olundu: təhsilsiz adamın müəllimliyi... - YOXLAMA - FOTO
Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən həyata keçirilən yoxlama zamanı məlum olub ki, direktor müavini Pərvanə Qarayevanın bacısı İlhamə Vəliyevaya qanunsuz dərslər verilib, onun fəaliyyəti isə başqa müəllimlərin adına rəsmiləşdirilib. Buna səbəb isə İlhamə Vəliyevanın təhsilinin olmamasıdır. Müəllimlər qeyd edirlər ki, illərlə İlhamə Vəliyevanın dərs dediyi şagirdlər və onun valideynləri bu formada aldadılıb və proses ən azı 4 ildir belə davam edib.


Qalmaqallı direktorun əməlləri ifşa olundu: təhsilsiz adamın müəllimliyi... - YOXLAMA - FOTO
İlhamə Vəliyeva 8 "Ç" sinfinə dərs keçərkən
Bu yolla hər ay müəllimlərin adlarına dərslər rəsmiləşdirilərək, qanunsuz pullar mənimsənilib.
Bundan əlavə, məktəbin ana dili və ədəbiyyat müəllimi Mədinə Hətəmli direktor Çinarə Atayeva ilə əlbir olaraq saxtakarlığa yol verib (onun adına rəsmiləşdirilən dərsləri İlhamə Vəliyeva keçib) və izahatında yalan məlumatlar bildirib.
Həmçinin, yoxlamalar zamanı bir çox siniflərdə şagirdlərin ümumiyyətlə, məktəbə gəlmədikləri müəyyən olunub.
Məktəbdə çalışan müəllimlər qeyd ediblər ki, hazırda araşdırmaya 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi cəlb edilib. Müəllimlər və direktor müavinləri mərkəzə dəvət olunaraq, izahatları alınır.
Məsələ ilə bağlı adları qeyd olunan şəxslərin fikirlərini öyrənmək mümkün olmadı.
Məktəbdən bildirildi ki, Abşeron Təhsil İdarəsinin icazəsi olmadan açıqlama vermək ixtiyarları yoxdur.
Abşeron Təhsil İdarəsinin yeni rəhbərini isə nə kabinetində tapmaq mümkün oldu, nə də mobil telefona cavab verdi.
Yoxlamanı aparan Regional Komissiyanın aparıcı məsləhətçisi Aqil Ağayev isə Bakupost.az –a məlumatların doğru olduğunu təsdiqləyib:
“Çoxsaylı şikayətlər əsasında monitorinq qrupu yaradılaraq, məktəbdə yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində müəyyən nöqsanlar aşkarlanıb. Hazırda araşdırma bitməyib, davam etdirilir. Ona görə də bununla bağlı nəsə deyə bilmərik. Bir neçə günə rəsmi olaraq araşdırma nəticələri açıqlanacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi