azia.az
azia.az

Xaçmazda qadınlar arasında QANLI DAVA: Birinin əri bıçaqlandı

16-12-2021, 11:45

Xaçmazda qadınlar arasında QANLI DAVA: Birinin əri bıçaqlandı
Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Mərziyyə Qədiyeva mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən M.Qədiyeva evdən mətbəx bıçağını götürüb Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi