azia.az
azia.az

Bakıdakı bu binada 3-CÜ İNTİHAR: Daha bir qadın özünü atdı - VİDEO

10-12-2021, 15:22

Bakıdakı bu binada 3-CÜ İNTİHAR: Daha bir qadın özünü atdı - VİDEO
"Akkord"un Bakıxanov yaşayış kompleksindəki 5-ci binada qadın özünü yaşadığı binadan ataraq intihar edib.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Fərahim İlqaroğlu məlumat verib. O qeyd edib ki, bu hal son 3 ayda 3-cü dəfə baş verib:

"Son 3 ayda 3 nəfər bu kompleksdəki mənzilindən özünü ataraq intihar edib. Az qalsın anamın başına düşəcəkmiş, saniyə söhbəti olub. Allah rəhmət eləsin!".

Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi