azia.az
azia.az

Şəhid atası jurnalisti polisə verdi - Araşdırma başladı

9-12-2021, 11:10

Şəhid atası jurnalisti polisə verdi - Araşdırma başladı
Şəhid atası tanınmış jurnalist Tural Müseyibovdan polisə şikayət edib.
Bakupost.az -ın məlumatına görə, dekabrın 2-də Sahil qəsəbə sakini 1963-cü il təvəllüdlü Namiq Kəlbiyev DİN-in Baş Cinayət Axtarış İdarəsinə (BCAİ) ərizə ilə müraciət edərək bildirib ki, jurnalist Tural Müseyibov Vətən Müharibəsində şəhid olmuş oğlu Şaiqin adını sosial şəbəkələrdə “LGBT” üzvü kimi təqdim edib. Bununla da şəhidin adı ləkələnib.
Faktla bağlı Qaradağ RPİ-nin 38-ci PB-də araşdırma aparılır.
Tural Müseyibov Bakupost.az -a faktı təsdiqləyib.
Bildirib ki, məsələ ilə bağlı polisə dəvət olunub və izahatı alınıb:
“Mən Şəhid atasının bu addımını dəstəkləyirəm. Bəlkə bundan sonra həqiqət üzə çıxa. Şəhid ailəsinə və cəmiyyətə yanlış məlumat verib, şərhimi təhrif edənlər aşkar olunar.
Aparılan araşdırma nəticəsində mənim şərhimin hansı statusa yazıldığı, kimlərin Şəhidin adını çəkərək "LGBT" üzvü kimi təqdim etdiyi, bu günlərdə də yenidən mənim şəkilimlə Şəhid Şaiq Kəlbiyevin şəkilini birgə təqdim edərək başlıq yazanları, Şəhidin adını "LGBT" ilə əlaqələndirənlərin kimliyinin aşkara çıxarılacağına əminəm.
Bir daha vurğulamaq istəyirəm ki, mən Şəhid Şaiq Kəlbiyevin adı qeyd olunan hər hansı statusa, şəkilə nəinki şərh yazmamışam, yazdığım şərhdə belə Şəhidin adını çəkməmişəm. Şəhidin ailəsini və cəmiyyəti narahat edən bu faktın gündəmə gəlməsinin səbəbkarları, Şəhid adını "LGBT" ilə əlaqələndirənlər, video və foto materiallar hazırlayanlar, mənə təhdid dolu mesaj ünvanlayanlar, bu işi şəxsi məqsəd və maraqları üçün istifadə edənlərin hamısı polisin araşdırması nəticəsində aşkara çıxacaq.
Şəhid Şaiq Kəlbiyevi “LGBT” üzvü kimi təqdim edən şərh və statuslar, bu fikri yazanların profilləri, ilk dəfə "whatsAap"da 1 ıl əvvəl mənə yazılan mesajlar, "Facebook" və "Instagram"a gələn mesajlar, kənar təsirlə şübhə yaradan mövqe dəyişikliyi ilə "whatsAap"a ünvanlanan mesajlar dəlil sübut olaraq tərəfimdən polisə təqdim edilib.
Şəhid Şaiq Kəlbiyevin adını qeyd edib fikir yazanlar dərk etməlidir ki, onlar 1 il əvvəl, bu gün və sonra yazacaqları hər sözə görə məsuliyyət daşıyırlar. Şəhid ailəsini narahat edən, Şaiq Kəlbiyevi lgbt üzvü kimi təqdim edərək ictimaiyyərdə rəy formalaşdıranların kimliyi də tezliklə aşkara çıxacaq”.
Məlumata görə, məsələ ilə bağlı daha bir neçə jurnalist polisə dəvət olunub.


Şəhid atası jurnalisti polisə verdi - Araşdırma başladı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi