azia.az
azia.az

Bakıda avtobusda qadını döydülər

8-12-2021, 17:49

Bakıda avtobusda qadını döydülər
Bakıda avtobusda qadın sərnişin döyülüb.

"Ölkə.Az"ın Lent.az-a istinadən məlumatına görə, hadisə dekabrın 3-ü axşam saatlarında paytaxtın Yasamal rayonunda 6 saylı marşrut avtobusunda qeydə alınıb. Sərnişin Ülviyyə Səfərova avtobusa minən tanımadığı qadın tərəfindən döyülüb.
Onun sözlərinə görə, “Elmlər Akademiyası” metrostansiyasından “20-ci sahə”yə gedərkən “Ağ Çiçəyim” gül mağazasının qarşısında avtobusa bir qadın minib. Sonra qadın Ü. Səfərovanı itələyib. Buna etiraz edəndə həmin qadın Ü. Səfərovanı təhqir edərək ona şillə vurub.

Zərərçəkmiş bununla bağlı polisə müraciət edib. Hazırda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi