azia.az
azia.az

Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı - VİDEO

1-12-2021, 18:06

Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı - VİDEO
Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.
Bakupost.az xəbər verir ki, hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.
R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.
Rövşən əvvəllər "Space" və "Lider" Tv-də çalışıb.
Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.
Qeyd edək ki, Rövşən Cahangirov Müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi