Elçin Quliyevdən daha bir açıqlama
“Bu gün burada çıxış etmək çox ağırdır. Silahdaşlarımızı, müharibə iştirakçılarını itirdik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”.
Pravda.az-ın məlumatına görə, bunu helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
O, bir daha şəhid olan zabitlərin, əməkdaşların valideynlərinə, yaxınlarına, əzizlərinə DSX-nın bütün rəhbər heyəti və şəxsi heyəti adından başsağlığı verib: “Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan sərhədçisi şəhidlərimiz haqqında olan bütün məlumatları ürəklərində daşıyacaqlar. Onların göstərdikləri qəhrəmanlıqları yaşadaraq bütün hər kəsə göstərəcəklər”.