azia.az
azia.az

Evinə gizli kamera yerləşdirən şəxs, görün NƏLƏR GÖRDÜ: QONŞUNUN QIZI... - Azərbaycanda ŞOK OLAY

25-11-2021, 09:08

Evinə gizli kamera yerləşdirən şəxs, görün NƏLƏR GÖRDÜ: QONŞUNUN QIZI... - Azərbaycanda ŞOK OLAY
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunin evindən külli miqdarda oğurluq etməkdə ittiham olunan Fəridə Quliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və ona 7 il həbs cəzası verilib.

Azia.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, onun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. Həmçinin, prosesdə zərərçəkmiş M.Abasovun 55 min 660 manatlıq mülki iddiası da qismən təmin edilib.

F.Quliyevanın qonşusunun evindən ayrı-ayrı vaxtlarda ümumilikdə 79 min 450 manatlıq oğurluq etdiyi məlum olub. O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Oğurluq hadisəsi paytaxtın Nizami rayonu, Balakişiyev küçəsi, bina 46-da baş verib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan M.Abasov 2015-ci ildən etibarən yataq otağındakı dolabda saxladığı pulların azaldığını hiss edib. Kəsir məbləğlər 50-100-200 manat civarında olduğundan pulu ya özünün, ya da ailə üzvlərinin xərclədiyini, hesab aparanda səhvə yol verdiyini düşünüb.

Bir müddət sonra isə itmiş pulların ardınca həyat yoldaşına məxsus brilyant sırğalar da qeybə çəkilib. Oğurluq versiyası öncə ağıllarına gəlməyib. İtən əşyaların sırasına çox keçməyib ki, qaynı üçün alınmış bahalı qızıl dəsti əlavə olunub...

Nəhayət, yaşadığı evə gizli kamera quraşdıran M.Abasov oğrunu özü “tutub”. Kamera görüntüləri zamanı məlum olub ki, pulları və qızılları aparan 38 illik qapıbir qonşusunun qızıdır. Ev sahibi əvvəlcə baş verənləri sakitcə yoluna qoymağa cəhd edib. Pullar və qızıllar geri qaytarılacağı təqdirdə heç yana şikayət etməyəcəyini də deyib. Amma qarşı tərəfin oğurlananları geri qaytarmaq niyyətində olmadıqlarını görəndə polisə şikayət edib. Hadisəsinin videogörüntülərini, səs yazılarını diskə köçürüb polisə orqanlarına təqdim edib. Bir müddət sonra F.Quliyeva barəsində cinayət işi qaldırılıb. Barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Xatırladaq ki, F.Quliyevanın atası T.Qənbərov əvvəllər daxili işlər orqanlarında çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi