azia.az
azia.az

Dələduz hərbçinin mənzil FIRILDAĞI - FOTO

24-11-2021, 14:14

Dələduz hərbçinin mənzil FIRILDAĞI - FOTO
Son dövrlər 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi uğurlara kölgə salmağa çalışan, "sapı özümüzdən olan baltalar"ın yenidən aktivləşdiyinin şahidi oluruq. Bu şəxslər özlərinin yaratdığı rekert kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, "YouTube" kanallarında dövlətin və nüfuzlu vəzifəli şəxslərin əleyhinə əsası olmayan məlumatlar yayır, qarayaxma kampaniyaları aparırlar.

Həmin şəxslərdən biri də "Xural" internet televiziyasının rəhbəri, 2011-ci ildə külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma, o cümlədən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamları irəli sürülərək azadlıqdan məhrum edilən Əvəz Zeynallıdır.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Əvəz Zeynallı özünün yaratdığı televiziya vasitəsi ilə zaman-zaman müxtəlif nüfuzlu, vəzifəli şəxslər barədə yalan məlumatlar verərək, onların əleyhinə sübuta yetirilməyən fikirlər səsləndirir.

Bəzən də vaxtı ilə tutduğu vəzifədən istifadə edən və müxtəlif qanun pozuntularına yol verən şəxslərlə əlbir olub, "şikayət" adı ilə özünün və həmin insanların şəxsi uydurmalarını efir vasitəsi ilə səsləndirərək müxtəlif vəzifəli şəxslərin nüfuzuna xələl gətirməyə çalışır.

Noyabrın 21-də efirə gedən verilişdə Əvəz Zeynallı Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində xidmət etmiş, ehtiyatda olan baş miçman Hüseynov Mehdi Qafar oğlunun ona ünvanladığı əsassız şikayətini efirdə səsləndirərək təhqiramiz fikirlər söyləyib. Bununla növbəti dəfə peşə etikasını pozaraq, ona ünvanlanan şikayəti araşdırmadan efirdə səsləndirir, habelə adı çəkilən şəxsləri təhqir edir.

Qeyd edək ki, ehtiyatda olan baş miçman Hüseynov Mehdi Qafar oğlu Hərbi Dəniz Qüvvələrində çalışdığı zaman vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif qanun pozuntularına yol verib.

Belə ki, vaxtilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3. və 313-cü maddələri ilə təqsirli bilinərək barəsində cinayət işləri açılmışdı. Növbəti dəfə qanun pozuntusuna yol verən Mehdi Hüseynov Hərbi Dəniz Qüvvələrində fəaliyyətini başa vurmasına baxmayaraq, ona verilən xidməti evdən çıxmaqdan imtina edir və gənc hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılmasına maneə törədir və müxtəlif şəxslərlə birləşərək kütləvi informasiyalar vasitəsilə qarayaxma kampaniyaları aparır. Bu şəxslərin qarayaxma kampaniyaları birbaşa Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən qalib çıxmış və bu möhtəşəm zəfəri bizə yaşadan hərbçilərin şəxsinə yönəlmiş böhtandan ibarətdir.

Ümid edirik ki, baş miçman Mehdi Hüseynov hərbçi adına yaraşmayan bu kimi addımlarından əl çəkər və Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşaraq, müxtəlif şəxslərlə əlbir olub apardığı qarayaxma kampaniyalarından əl çəkər.

Sonda qeyd edək ki, Mehdi Hüseynovun çıxmaq istəmədiyi mənzil orduda xidmət edən hərbi qulluqçular üçün müvəqqəti verilən xidməti evlərdəndir. Xidməti başa vurduqdan dərhal sonra mənzillər dövlətə geri təhvil verilməlidir.

Bu məsələ saytımız tərəfindən diqqətdə saxlanılacaq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dələduz hərbçinin mənzil FIRILDAĞI - FOTO
Dələduz hərbçinin mənzil FIRILDAĞI - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi