Bakıda Akademiyada dəhşətli hadisə - TƏLƏBƏ ÖZÜNÜ ÖLDÜRDÜ
Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.