azia.az
azia.az

Xəstəxanadan intihara cəhd edən həkimlə bağlı AÇIQLAMA

19-10-2021, 17:09

Xəstəxanadan intihara cəhd edən həkimlə bağlı AÇIQLAMA
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborant kimi çalışan Aynur Əsədlinin intihara cəhd etməsi ilə bağlı məsələyə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, institutdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əmək vəzifəsini icra etmədiyinə görə Aynur Əsədlidən izahat istənilib:

"Aynur Əsədli bununla razılaşmayıb və etik normalara zidd davranış nümayiş etdirib”.

Qeyd edək ki, unikal.org-un yaydığı məlumata görə, həkim laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.

İntihar etmək istəyən şəxs şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib.

Qeyd edək ki, bir müddət əvvəl də Aynur Əsədlinin narazılığı barədə mediada məlumatlar yayılmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi