Bakı merinin sabiq müavini daha bir vəzifəsini də itirdi
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sabiq müavini Fidumə Hüseynova Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb.
Azia.az-ın əldə etdiyi məlumata görə, onu bu vəzifədə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatın rəhbəri Elgin Şirin oğlu Həbibullayev əvəz edib.
Qeyd edək ki, F.Hüseynova 2005-ci ildən 2021-ci ilin mart ayınadək Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini olub.