azia.az
azia.az

Kamran sələmçidən 2 milyon aldı, sonra başını əzib öldürdü... - FOTO

24-08-2021, 10:03

Kamran sələmçidən 2 milyon aldı, sonra başını əzib öldürdü... - FOTO
Rusiyanın Ulyanovsk şəhərindəki Cihazqayırma Zavodunun keçmiş işçisi pensiyaya çıxandan sonra illərlə işləyib yığdığı pulları sələmə verərək çoxaltmaq istəyib. Lakin sələmçilik fəaliyyəti onun xüsusi qəddarlıqla öldürülməsi ilə nəticələnib. Sələmçi-pensiyaçını qətlə yetirən isə azərbaycanlı meyvə-tərəvəz alverçisi Kamran S.-dir. virtualaz.org xəbər verir ki, bu hadisə haqda Ulyanovsk regional KİV-ləri yazır.

Bildirilir ki, öldürülən sələmçi Oleq Kim bütün ömrü boyu Ulyanovsk Cihazqayırma Zavodunda işləyib, çox xəsis və qənaətcil olub. Qohumları deyir ki, nadir hallarda evə ərzaq alıb, həmişə eyni paltarı geyinib. Qənaət etdiyi pulları bank hesabına yığıb, 2018-ci ildə pensiyaya çıxanda yığdıqları pulları artırmağın yeni yolunu tapıb-qərara alıb ki, özü “bank” olsun və pullarını daha yuxarı faizlə sələmə versin.

Azərbaycanlı Kamran S. isə şəhərdə kiçik meyvə-tərəvəz köşkü işlədirdi, kreditlərə və mikrokreditlərə çıxışı yox idi. Çünki borc götürsə geri qaytara bilməzdi, onun köşkdən qazancı cüzi idi. Ötən ilin avqustunda Kamranın yeni daimi alıcısı meydana çıxır-Oleq dükana tez-tez baş çəkir. Və günlərin birində işləri yaxşı getməyən ticarətçiyə borca pul təklif edir. Əvvəlcə 600 min rubl borc verir, bir neçə ay sonra isə Kamran avtovağzalın yanında yeni meyvə-tərəvəz pavilyonu almaq üçün daha 2 milyon rubl pul götürür. Faizləri ilə birlikdə o, sələmçiyə cəmi 4 milyon rubl verməli idi.

Borc müqaviləsi bağlanır və artıq dekabr ayında Kamran aylıq ödəməni gecikdirməyə başlayır. Oleq nəzakətlə, amma israrlı şəkildə borcunu istəyir. Kamran onu inandırır ki, pulu verəcək və sələmçini guya pulları başqalarının görməməsi üçün sayıb vermək üçün onu qarajın arxasına aparır. Oleq ehtiyatlı adam olsa da bu dəfə ehtiyatı əldən verir və Kamranla birlikdə kimsəsiz əraziyə yollanır. Müstəntiqlərin bildirdiyi kimi, orada Kamran əvvəlcədən hazırladığı mismarçıxaranla sələmçinin başına dalbadal zərbələr endirir. Oleq yerə yıxılır, bu dəfə Kamran onun başına təpiklərlə və üstündə mismar olan taxta parçası ilə zərbələr endirir.

Müstəntiqlər Kamranın izinə tez düşüblər. Oleq evdən çıxanda arvadına hara getdiyini deyibmiş. Kamran dindirmədə günahını qismən etiraf edib, bildirib ki, guya sələmçini öldürmək niyyəti olmayıb. Və deyib ki, guya 600 min rublu geri qaytarmağı gecikdirəndə bir neçə gənc onu şəhərdən kənara aparıb, elektroşokla işgəncə verib və divan tutmaqla hədələyərək Oleqdən daha 2 milyon rubl aldığı haqda kağıza imza atdırıblar. Mismarçıxarandan isə dediyinə görə, özünü müdafiə etmək üçün istifadə edib, başqa çıxış yolu olmayıb.

Amma müstəntiqlər mobil telefon məlumatları əsasında müəyyən ediblər ki, nə qətlə yetirilən, nə onu öldürən son zamanlar Ulyanovsku tərk etməyib. Başqa borc alanlar isə ifadələrində deyiblər ki, Oleq heç vaxt ona borclu olanları hədələməyib, ödəmə gecikəndə məhkəmə və qanun çərçivəsində hərəkət edib.

Hazırda Kamran təcridxanada saxlanılır. Və “yüksək kriminal-subkultur meyllidir” və müvafiq dəyərləri yaymaqla məşğuldur. Üstəlik məhkəmə ərəfəsində Azərbaycan vətəndaşı qəfildən rus dilini “unudub” və ona irəli sürülən ittihamı çətinliklə başa düşdüyünü deyir. Bununla belə andılar məhkəməsi tərəfindən mühakimə olunmasını istəyib, çünki irəli sürülən ittiham üzrə onu ömürlük həbs gözləyir. Ötən gün avqustun 23-də məhkəmə andlılar kollegiyasını seçib, bu gün isə zərərçəkənin arvadını dindirəcək.

Kamran sələmçidən 2 milyon aldı, sonra başını əzib öldürdü... - FOTO
Kamran sələmçidən 2 milyon aldı, sonra başını əzib öldürdü... - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi