Şəhidlər Xiyabanında naməlum qəbirlər açılır - SƏBƏB NƏDİR?
Bakıdakı Şəhidlər Xiyabanında naməlum qəbirlər açılır.
Azia.az-ın Modern.az-a istinadən məlumatına görə, artıq bir neçə məzar açılıb. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov faktı təsdiqləyib.
S.Həsənov bildirib ki, qəbirlərin açılması Səbail rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir: "Buna səbəb naməlum qəbirlərin kimliklərinin müəyyən olunmasıdır”.