Bakıda görünməmiş olay: bir şillə ilə iş yoldaşını öldürdü
Faktla bağlı araşdırma aparılır
Bakıda baş vermiş ölüm hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, hadisəni törətmiş 27 yaşlı Əliyev Elvin Aşur oğlu və ölən 46 yaşlı İsmayılov Aslan Əvəz oğlu birlikdə fəhləliklə məşğul olurmuş. Müxtəlif yerlərdə günəmuzd işləyən iki fəhlə arasında dünən hələlik dəqiqləşməmiş səbəbdən narazılıq yaranıb. Bu zaman E.Əliyev özündən 19 yaş böyük olan Aslana şillə ilə zərbə endirib. Zərbədən sonra yıxılan A.İsmayılov çırpınmağa başlayıb və dili dolanıb. E.Əliyev kömək etməyə çalışsa da, artıq gec olub.
Bildirilir ki, dünyasını dəyişən A.İsmayılov ailəli, 3 uşaq atası olub. Hadisəni törədən E.Əliyev isə subaydır.
Faktla bağlı cinayət işi açılıb, günahı sübuta yetirilərsə E.Əliyevə 3 ilədək həbs cəzası verilə bilər.